
İspaniya La Liqasında sondan əvvəlki - 37-ci turun oyunları keçirilib.
Saat24.Az xəbər verir ki, artıq çempionluğu təmin etmiş "Barselona" doğma azarkeşləri önündə "Vilyareal"ı qəbul edib. Meydan sahibləri üçün turnir cədvəli baxımından heç bir əhəmiyyət kəsb etməyən görüş onların məğlubiyyəti ilə yekunlaşıb - 2:3.
Çempionatın ikincisi "Real Madrid" isə "Sevilya" ilə səfər matçına çıxıb. Meydan sahibləri, demək olar ki, ilk hissəni 10, ikinci hissəni isə 9 nəfərlə keçiriblər. Say üstünlüyündən yararlanan "Kral klubu" meydandan qələbə ilə ayrılıb - 0:2.
Beləliklə də, sona 1 tur qalmış katalon klubu 85 xalla yarış cədvəlinin zirvəsində yer alır. Onun ən yaxın izləyicisi olan Madrid təmsilçisi isə liderdən 4 xal geri qalır.