Parisdə avtomobil qələbəni qeyd edən PSJ fanatlarına çırpılıb

Sadə xəbər
idman 08.05.2025 3368

Parisdə avtomobil PSJ-nin UEFA Çempionlar Liqasının finalına çıxmasını qeyd edən azarkeşlərə çırpılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

İnsident nəticəsində xəsarət alan üç azarkeş xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyətinin kritik olduğu bildirilir.

Hadisədən sonra onlarla PSJ fanatı maşının arxasınca qaçıb, sonradan hadisə yerindən bir neçə metr aralıda qəza etmiş avtomobil yanmış vəziyyətdə aşkarlanıb.

Hələlik insidentin hansı səbəbdən baş verdiyi, sürücünün isə saxlanılıb-saxlanılmadığı məlum deyil.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının yarımfinalında PSJ öz meydanında "Arsenal"ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

XƏBƏR LENTİ
05.05.2025 2949

DİGƏR XƏBƏRLƏR

Loading
Top