Rafael Fiziyev rəqibinə təşəkkür etdi

Sadə xəbər
idman 18.06.2025 2894

"Doğma publika qarşısında döyüşəcəyim üçün xoşbəxtəm. Nazimlə küçədə gəzəndə insanlar bizə yaxınlaşıb, şəkil çəkdirilər. Bu da bizim üçün əlavə motivasiyadır".

Saat24.Az xəbər verir ki, bunu azərbaycanlı məşhur UFC döyüşçüsü Rafael Fiziyev Bakıda keçirilən mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, rəqibi şou göstərmək istəyirsə, o bundan ancaq xoşbəxt ola bilər:



"Bunun üçün ona təşəkkür edirəm. Düşünmürəm ki, o mənə boğucu fəndlə qalib gələ bilər. Biz MMA-da döyüşürük, hər şeyə hazırıq".

Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, "Baku Crystall Hall"da təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top