
14 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Oxu.Az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.
16:10
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Misirdən olan həmkarları ilə İsrail-İran münaqişəsi ətrafındakı vəziyyəti müzakirə edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbə bildirib.
"İyunun 14-də Türkiyənin XİN başçısı Hakan Fidan Azərbaycan və Misridən olan həmkarları Ceyhun Bayramov, eləcə də Bədr Abdel Atı ilə telefon danışığı aparıb. Danışıqlar zamanı İsrailin İrana hücumu və digər regional məsələlər müzakirə olunub", - deyə mənbə bildirib.