Mavritaniya prezidenti İlham Əliyevi təbrik etdi

Manşet
SİYASƏT 12.06.2025 5378
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Saat24.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
 
"Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha da çox tərəqqi və rifah diləyirəm.
 
Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.
 
Zati-aliləri, əziz Qardaşım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top