"Neftçi" 31 yaşlı bosniyalı qolkiperlə ikiillik müqavilə bağladı

Sadə xəbər
idman 26.07.2025 3056

"Neftçi" Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib.

Saat24.Az xəbər verir ki, Kenan Piriçlə ikiillik müqavilə imzalanıb.

Karyerası ərzində Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında çıxış edən 31 yaşlı qolkiper iki dəfə Bosniya və Herseqovina çempionu (2016/17, 2017/18), bir dəfə isə Sloveniya çempionu (2018/19) olub.

O, həmçinin iki dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), bir dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, Kenan Piriç Bosniya və Herseqovina milli komandasının heyətində 8 oyun keçirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top