Şuşada baş vermiş yanğının SƏBƏBİ müəyyən olunub

Sadə xəbər
GÜNDƏM 26.07.2025 3103

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş vermiş yanğının səbəbi müəyyən olunub.

Saat24.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətlərinin yaydığı birgə məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində baş verən qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən 4 hektarlıq otlaq sahəsində alovun qarşısı alınıb və yanğının meşəlik əraziyə keçməsinə imkan verilməyib.

 






 

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu, Qala Dərəsi adlanan yerdə baş verib.

Saat24.Az "Report"a istinadla xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub, yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.

Aparılan işlər nəticəsində yanğın söndürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top