Nazirlik 27 vəzifəli şəxsi cərimə edib

Sadə xəbər
GÜNDƏM 30.07.2025 1915
Bu ilin ilk yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (DMNX) 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib.
 
Saat24.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, yoxlamalar zamanı hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslərə İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
 
DMNX aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top