Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib

Sadə xəbər
GÜNDƏM 28.07.2025 2827

Tailand və Kamboca arasındakı sərhəd bölgəsində beş gün davam edən hərbi toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.

Saat24.Az bu barədə TASS agentliyinə istinadla xəbər verir.

Bundan əvvəl Malayziya hökumətinin başçısı Ənvər İbrahim atəşkəs barədə Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın Baş naziri Hun Manet arasında Kuala-Lumpurda keçirilən danışıqların yekununda elan etmişdi.

Tailand və Kamboca hakimiyyətləri dərhal atəşkəs barədə razılığa gəliblər.

Saat24.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim danışıqlardan sonra keçirilən mətbuat konfransında məlumat verib.

"Hər iki tərəf dərhal və qeyd-şərtsiz atəşkəs barədə razılığa gəlib", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Tailand və Kamboca arasında atəşkəs iyulun 29-u saat 00:00-da (Bakı vaxtı ilə iyulun 28-i saat 20:00-da) qüvvəyə minəcək.

Malayziyada Tailandın baş naziri səlahiyyətlərinin icra edən Pxumtxam Veçayaçay ilə Kambocanın Baş naziri Xun Manet arasında sərhəd münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar başlayıb.

Saat24.Az-ın xəbərinə görə, bu barədə "Bernama" agentliyi məlumat verib.

Onun sözlərinə görə, görüş Putradjaya şəhərində keçirilir.

Malayziyada tezliklə Kamboca və Tailand arasında yüksək səviyyədə atəşkəs üzrə danışıqlar başlayacaq.

Saat24.Az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin əməkdaşları danışıqlara dəstək üçün artıq Malayziyadadırlar.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca tərəfləri ilə telefon danışığından sonra ölkələrin atəşkəsi müzakirə etmək üçün görüş keçirməyə hazır olduqlarını bildirmişdi.

Xatırladaq ki, iyulun 23-24-də Tailand-Kamboca sərhədində gərginlik yaranıb, döyüşlər başlayıb, hər iki tərəf dinc sakinlər də daxil olmaqla, ölən və yaralananların olduğunu bildirib.

Tailand və Kamboca arasında uzun illərdir ki, ərazi mübahisəsi gedir və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Preax Vixear məbəd kompleksi də bu ərazilərə daxildir. 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi məbədin Kambocaya aid olduğuna qərar verib, lakin Tailand bu hökmü tanımayıb və əvvəlki kimi, kompleksə qarşı iddialarını irəli sürür. Bütün bu il ərzində mübahisəli ərazidə eskalasiya halları baş verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top