Rusiyada qəzaya uğramış "An-24" təyyarəsinin qara qutusundan ilk məlumatlar əldə olunub

Sadə xəbər
GÜNDƏM 26.07.2025 2842

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri iyulun 24-də Rusiyanın Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin uçuş registratorlarını tədqiq ediblər.

Saat24.Az bu barədə DAK-a istinadla xəbər verir.

"Parametr məlumatlarının daşıyıcısı olan maqnit lenti yanğın nəticəsində məhv edilib, səs yazıcısında olan məlumatlar isə qalıb. Təyyarə yerə çırpılmazdan əvvəl onun sistemlərində heç bir nasazlıq qeydə alınmayıb", - deyə DAK-ın məlumatında bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsi (DAK) iyulun 24-də Amur vilayətində "Anqara" aviaşirkətinin qəzaya uğramış "An-24" təyyarəsinin qara qutusunu oxumağa başlayıb.

Saat24.Az-ın xəbərinə görə, bu barədə TASS-a komitənin Mətbuat Xidmətindən məlumat verilib.

"Parametrik məlumat daşıyıcısı (maqnit lenti) yanğın nəticəsində məhv edilib, pilot kabinəsinin səs yazıcısında olan məlumatlar qalıb", - deyə məlumatda vurğulanır.

Səsyazısının təhlil edildiyi bildirilir.

Təyyarədə 49 nəfər olub: 43 sərnişin (o cümlədən 5 uşaq) və 6 ekipaj üzvü.

 




 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top