Kim Çen Inın bacısı KXDR-in ABŞ ilə münasibətləri barədə bəyanat verdi

Sadə xəbər
DÜNYA 29.07.2025 3073

Şimali Koreya lideri Kim Çen Inın bacısı, Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon ABŞ-ni yeni reallıqları tanımağa çağırıb. Onun sözlərinə görə, əks halda, iki ölkə arasında danışıqlar yalnız Vaşinqtonun "ümidi" olaraq qalacaq.

Saat24.az bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadla xəbər verib.

Kim Yo Çjonun sözlərinə görə, bütün gələcək ehtimallar və düşüncələr üçün ilkin şərt KXDR-in nüvə silahına sahib dövlət kimi dönməz statusunun tanınması olmalıdır. Bundan əlavə, Birləşmiş Ştatlar Pxenyanın imkanlarının və geosiyasi vəziyyətin kökündən dəyişdiyini də nəzərə almalıdır.

Kim Çen Inın bacısı vurğulayıb ki, KXDR-in nüvə statusunu inkar etmək cəhdləri rədd olunacaq və ölkə bu statusu qorumaq üçün bütün variantlara açıqdır.

Xatırladaq ki, mart ayında ABŞ Prezidenti Donald Tramp KXDR-lə dialoqu bərpa etmək istədiyini bildirmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top