
Rusiyanın Saratov vilayətində çoxmərtəbəli binada baş verən partlayışdan sonra regional səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.
Saat24.az-ın "İzvestiya"ya istinadən xəbərinə görə, bu barədə qubernator Roman Busarqin məlumat verib.
"Bu, bütün xidmət və idarələrin operativ qarşılıqlı fəaliyyəti, nəticələrin aradan qaldırılması və zərərçəkənlərə yardımın göstərilməsi üçün maksimum resursların cəlb edilməsi məqsədilə zəruridir", - deyə o bildirib.
Xatırladaq ki, Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib və daha sonra bina uçub. Nəticədə 4 nəfər ölüb.