
Bu gün Polşanın yeni seçilmiş Prezidenti Karol Navrotski Polşa Seyminin sədri Şimon Xolovnya ilə görüşüb.
Saat24.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Qeyd olunub ki, siyasətçilər avqustun 6-na təyin edilmiş inaqurasiya prosedurunun təfərrüatını müzakirə ediblər.
Görüşdə yeni seçilmiş Prezident Karol Navrotskinin Polşanın Baş naziri Donald Tusk haqqında fikirləri diqqət çəkib.
Belə ki, Karol Navrotski Donald Tusku Polşanın 1989-cu ildən bəri ən pis baş nazir hesab etdiyini bildirib.