Təbrizdə 75 günlük su ehtiyatı qalıb

Sadə xəbər
DÜNYA 24.07.2025 3085

İranın Təbriz şəhərində su istehlakı qırmızı həddə çatıb, şəhərdə 75 günlük su ehtiyatı qalıb.

Saat24.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Regional Su şirkətinin başçısı Yusif Qafarzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bölgədə içməli suyun orta istehlakı saniyədə 12 min litrə çatır, pik saatlarda bu göstərici 13 min litri ötür. Başçı bildirib ki, illik içməli su istehlakı artıq 380 milyon kubmetr təşkil edir, bu da ciddi idarəetmə tələb edən böyük bir rəqəmdir:

"Kənd ərazilərində də 90 milyon kubmetr su istehlak olunur", - deyə o qeyd edib.

Y.Qafarzadə əyalətin beş şəhərinin hazırda qırmızı statusda (böhranlı vəziyyətdə) olduğunu, doqquz şəhərin isə böhran həddinə yaxınlaşdığını bildirib.

"Təbriz də bu böhranlı şəhərlər sırasında yer alır", - deyə o vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top