Cümhuriyyətin 107 yaşlı ilk rəsmi qəzeti haqqında tarixi faktlar

Sadə xəbər
GÜNDƏM 22.07.2025 2923

1918-ci il mayın 28-də Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 18 gün sonra Gəncəyə köçürüldü. Yeni hökumətin burada keçirdiyi ilk 3 aylıq fəaliyyəti dövründə bir sıra mühüm qərarlar qəbul olundu. Bu qərarlar arasında AXC-nin ilk rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetinin nəşri də var idi.

Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə, o dövrdə qubernator mətbəəsi kimi fəaliyyət göstərən binada çap edilib. Məhz həmin gün Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu ölkənin rəsmi paytaxtı olan Bakını bolşevik-daşnak qüvvələrindən azad etmişdilər. Qəzetin ilk nömrəsində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Bakının azad olunması münasibətilə göndərdiyi təbrik teleqramı dərc olunub.

Tarixçi Cavid Bağırzadənin sözlərinə görə, qəzetin Gəncədə cəmi 4 nömrəsi çap olunub. Redaksiya 1918-ci il oktyabrın əvvəlində Bakıya köçüb və oktyabrın 3-də qəzetin beşinci nömrəsi buraxılıb. Cəmi dörd gün sonra - oktyabrın 7-də isə qəzetin rus dilində versiyası çapdan çıxıb.

Tarixçinin fikrincə, AXC dövründə müxtəlif mətbuat orqanları fəaliyyət göstərsə də, "Azərbaycan" qəzeti xüsusilə mühüm yer tutur:

"Bu qəzetdə AXC-nin, parlamentin və ümumilikdə ölkənin ictimai-siyasi həyatı ilə bağlı gündəlik hadisə və proseslər işıqlandırılırdı. Bu baxımdan "Azərbaycan" qəzeti həm tarixşünaslıq, həm də həmin dövrün öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır".

Daha ətraflı Baku TV-nin süjetində:

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top