Azərbaycan cüdoçusu Universiadada gümüş medal qazanıb

Sadə xəbər
idman 25.07.2025 3233

Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında final görüşünə çıxıb.

Saat24.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada Cənubi Koreya təmsilçisi Kim Conqhunu sınağa çəkib.

Finalda rəqibinə məğlub olan E.Hacıyev gümüş medalla kifayətlənib.

Qeyd edək ki, bununla da Azərbaycanın Universiadada qazandığı medalların sayı dördə çatıb. Daha əvvəl bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top