
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycanın daha üç idmançısı fəxri kürsüyə qalxıb.
Saat24.Az xəbər verir ki, Nuranə Hacızadə (48 kq) və Zeyd Ələsgərov (60 kq) gümüş medal qazanıblar.
52 kq çəki dərəcəsində çıxış edən Aysun Məmmədova isə üçüncü yer uğrunda fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib olub.
Xatırladaq ki, ilk yarış günündə cüdoçularımız Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə etmişdilər.
Beləliklə, Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 6 medalla yarışda komanda hesabında liderliyini qoruyur.



