Filippində daşqınlar 19 nəfərin ölümünə səbəb oldu

Sadə xəbər
DÜNYA 24.07.2025 3088
Filippində leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 19 nəfər ölüb, 11 nəfər isə itkin düşüb.
 
Saat24.az Filippin KİV-ə istinadla xəbər verir ki, təbii fəlakət 70-ə yaxın yerli və beynəlxalq reysin ləğv edilməsinə gətirib çıxarıb.
 
Onminlərlə insan daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə edilib.
 
Təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top