UEFA Konfrans Liqası: "Zirə" mövsümün ilk oyununda "Hayduk"la heç-heçəyə razılaşıb

Sadə xəbər
idman 23.07.2025 3127

"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi "Hayduk"la heç-heçəyə razılaşıb.

Saat24.Az xəbər verir ki, cari mövsüm avrokuboklarda ilk rəsmi oyununa çıxan Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 8-ci kilometr stadionunda rəqibi ilə 1:1 hesablı heç-heçə edib.

Bakı klubunun heyətində Brahim Konate (31) fərqlənib. Qonaqların heyətində isə Antoni Kalik (68) dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq "Zirə" bu gün doğma meydanda Xorvatiyanın "Hayduk" klubu ilə üz-üzə gələcək.

Saat24.Az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qarşılaşma "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, digər Azərbaycan təsmilçiləri "Araz-Naxçıvan"la "Sabah" mübarizəyə iyulun 24-də start verəcəklər. Naxçıvan təmsilçisi Bakıda "Dalğa Arena"da, "Sabah" isə səfərdə növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

23 iyul

UEFA Konfran Liqası

II təsnifat mərhələsi

Saat 19:30, "Zirə" - "Hayduk".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top