
Portuqaliyanın "Benfika" klubunun sol cinah müdafiəçisi Alvaro Karreras karyerasını "Real Madrid"də davam etdirəcək.
Saat24.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
O, keçidin tam başa çatdığını, Madrid klubunun bu gün transferlə bağlı rəsmi açıqlama verəcəyini bildirib.
Xatırladaq ki, Portuqaliya klubu 22 yaşlı futbolçusu üçün "Real Madrid"dən 50 milyon avro tələb edirdi.