Tiktoker "Roşka"nın məhkəməsi başladı

Sadə xəbər
Kriminal 15.07.2025 3097

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Saat24.az-ın məlumatına görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Rövşən Süleymanovun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırsa da, məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin qərarı ilə hazırlıq iclası başa çatıb və məhkəmə baxışı iyulun 22-nə təyin edilib.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Samir Əli

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top