Otaq yoldaşının qətlində təqsirləndirilənə ağır cəza verildi

Sadə xəbər
Kriminal 22.05.2025 3083

Bakıda söyüş üstündə qətl törətdiyinə görə ittiham olunan Hikmət Muxtarovun cinayət işinin yekun məhkəmə iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Hikmət Muxtarov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məlum hadisə ötən il avqustun 4-də gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci polis şöbəsindən Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı, Hikmət Muxtarovun mübahisə zamanı bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib. Muxtarov şübhəli şəxs qismində saxlanılıb.

Qətlin tərəflər arasındakı mübahisə zamanı nalayiq ifadələrin işlədilməsinə görə törədilməsi bildirilir.

Elgün Həsənli

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top