Bakıda 28 yaşlı qadın qətl törətdi

Sadə xəbər
Kriminal 08.06.2025 3140

İyunun 8-də saat 01 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. N.İbrahimlə Hikmət Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı iddia olunur.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top