
Slovakiyanın cənub-qərbində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Saat24.az xəbər verir ki, bu barədə Slovakiya polisi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hadisə Nove Zamki şəhəri yaxınlığında baş verib. Hadisə yerinə gələn xilasedicilər 81 yaşlı pilotun cəsədini aşkar ediblər.
Mütəxəssislər təyyarənin qəzaya uğramasının səbəblərini araşdırırlar.