DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

Manşet
CƏMİYYƏT 28.07.2025 4042
Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqlıq, mikrokamera, mini-telefon, naqil, "Mi-Fi" routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
 
Saat24.Az xəbər verir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.
 
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.
 
Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top