Gürcüstan Elnur Süleymanovu Azərbaycana təhvil verdi

Sadə xəbər
CƏMİYYƏT 30.07.2025 3634

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Bu barədə "Saat24.az"a Baş Prokurorluqdan bildirilib.

Belə ki, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elnur Süleymanov Gürcüstan Respublikası ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top