Tailand və Kamboca liderləri Malayziyada danışıqlar aparacaqlar

Sadə xəbər
DÜNYA 27.07.2025 2980

Tailand və Kamboca liderləri Phumtham Veçayaçay və Hun Manet iyulun 24-də iki ölkə sərhədində hərbçilər arasında baş vermiş silahlı toqquşmadan sonra iyulun 28-də Malayziyada danışıqlar aparacaqlar.

Saat24.az-ın "Bernama" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən bildirib.

"Mənim həm Tailandın, həm də Kambocanın xarici işlər nazirləri ilə danışmaq imkanım olub. Onlar razılaşırlar ki, başqa heç bir ölkə bu məsələyə qarışmamalıdır. Onlar Malayziyaya tam etimad göstərirlər və məndən vasitəçilik etməyi xahiş ediblər", - deyə nazir vurğulayıb.

O həmçinin əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubionun telefon zəngini gözləyir, çünki ABŞ vasitəçilik etmək istəyini ifadə edib:

"Lakin hesab edirəm ki, ilk növbədə Malayziya vasitəçilik etsə, daha yaxşı olar, çünki bu, ASEAN-ın daxili məsələsidir və Malayziya ASEAN-ın sədri kimi bu rolu oynamalıdır".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top