Cəlilabadda qanunsuz mərasim evi tikilməsinə cəhd zamanı qəbirlər zədələnib

Sadə xəbər
CƏMİYYƏT 29.07.2025 3164

Cəlilabad rayonunda qanunsuz mərasim evi tikilməsinə cəhd zamanı qəbirlərin zədələndiyi iddia edilir.

Saat24.az xəbər verir ki, rayonun Pərdi kəndində sakinlər tərəfindən qanunsuz şəkildə mərasim evinin tikilməsinə cəhd olunub.

Həmin kəndin bir neçə sakini kənd qəbiristanlığının yaxınlığında mərasim evi inşa etmək məqsədilə ərazidə texnika vasitəsilə hamarlama işləri aparıb. Bu vaxt qəbiristanlıqda bir neçə qəbir zədələnib.

Daha sonra kənd sakinlərinin etiraz etməsi və polisə məlumat verməsi nəticəsində tikinti işləri dayandırılıb.

Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top