Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər nazirini qəbul edib

Sadə xəbər
SİYASƏT 25.07.2025 3112

Baş nazir Əli Əsədov iyulun 25-də Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadzeni qəbul edib.

Saat24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

G.Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev görüşdə iştirak ediblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top