Urfan Abbasov: "Bizi sabah çətin oyun gözləyir"

Sadə xəbər
GÜNDƏM 23.07.2025 2937

"Qarşılaşmaya ciddi hazırlaşmışıq".

Saat24.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan" klubunun futbolçusu Urfan Abbasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstanın "Aris" komandası ilə qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında bildirib.

"Sabah bizi çətin oyun gözləyir. Qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, qələbə bizimlə olacaq. Rəqibin zəif və güclü tərəflərini təhlil etmişik. Türkiyədəki təlim-məşq toplanışında güclü komandalarla qarşılaşdıq. Komandada bəzi dəyişikliklər olub. Düşünürəm ki, bu dəyişikliklər komandamıza faydalı olacaq", - deyə futbolçu qeyd edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Aris" oyunu sabah saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top