İsrailin hücumlarında yaralanan SEPAH polkovniki öldü

Sadə xəbər
DÜNYA 24.07.2025 3196

İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində yaralanan SEPAH polkovniki Cavad Narənci bu gün ölüb.

Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Üçüncü "Həmzə Seyid əş-Şühəda" Diviziyasının komandiri olan polkovnik Cavad Narənci 12 günlük müharibə zamanı İsrailin Qərbi Azərbaycan əyalətindəki SEPAH mövqelərinə endirdiyi zərbələr nəticəsində ağır yaralanıb.

Onun 29 gün xəstəxanada müalicə aldığı bildirilib. Bu gün isə polkovnik həyatını itirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top