ABŞ son 20 ildə ilk dəfə Böyük Britaniyada nüvə bombası yerləşdirib

Sadə xəbər
DÜNYA 21.07.2025 3027

ABŞ son 17 ildə - 2008-ci ildən bəri ilk dəfə Böyük Britaniyada bir neçə nüvə bombası yerləşdirib.

Saat24.az-ın xəbərinə görə, bu barədə "UK Defence Journal" məlumat yayıb.

Qeyd olunub ki, bir neçə B61-12 termonüvə bombası Kral Hərbi Hava Qüvvələrinin Saffolkdakı Leykenhit hərbi hava bazasına köçürülüb.

İlkin məlumatlara görə, bu bombalar Nyu-Mexikodakı Kirtland Hərbi Hava Qüvvələri bazasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən Böyük Britaniyada yeni tikilmiş təhlükəsiz anbara daşınıb.

Əvvəlcə Soyuq Müharibə dövründə ABŞ-nin nüvə silahları Leykenhit bazasında yerləşirdi. 2008-ci ildə oradan bütün silahlar çıxarılıb.

Nəşr qeyd edib ki, nüvə silahlarının krallıq ərazisinə qaytarılması Rusiya ilə münasibətlərin pisləşməsi və çəkindirmə imkanlarına daha çox önəm verilməsi fonunda NATO-nun Avropadakı nüvə strategiyasında ciddi dəyişiklik demək olacaq.

Rəsmi orqanlar hələlik bu məlumatı şərh etməyiblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top