Gündüz İsmayılov: "Biz tarixi məscidlərimizə təkcə ibadət məkanı kimi baxmırıq"

Sadə xəbər
SİYASƏT 15.07.2025 3326

"Biz tarixi məscidlərimizə təkcə ibadət məkanı kimi baxmırıq, onlar həm də bizim mənəvi yaddaşımızdır".

Saat24.az-ın Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O qeyd edib ki, konfrans çərçivəsində media nümayəndələri ilə birlikdə bölgələrdə yerləşən məscid və ziyarətgahlarımıza da media-tur təşkil ediləcək:

"Sabah Şamaxı şəhərində yerləşən həm Cümə məscidini, həm Pirsaat ziyarətgahını, həm də İmamzadə məscidini də ziyarət edəcəyik. Əslində biz bu üç məscidi Azərbaycandakı dini mühitin mənzərəsi kimi görə bilərik", - deyə G.İsmayılov bildirib.

Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan Oxu.Az, Caliber.az, Media.az, Baku.ws və PhotoStock.az saytları, "Report" informasiya agentliyi və Baku TV telekanalıdır.

Əzizə İsmayılova

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top