
Sabirabad rayonunda yaşlı qadın döyülərək qətlə yetirilib.
Saat24.Az-ın məlumatına görə, hadisə rayonunun Mürsəlli kəndi ərazisində baş verib.
Kənd sakini, 1940-cı il təvəllüdlü Balabikə İslam qızı Zeynalova bədənində döyülmə xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Qadının xəsarətləri ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.
Keçirilən əməliyyat-axtarış tədbirləri ilə qadının oğlu, 1972-ci il təvəllüdlü Ağamirzə İltimas oğlu Zeynalov saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib. Məlumata görə, oğul anasını pul üstündə döyüb öldürüb.
Faktla bağlı araşdırma aparılır.