ABŞ qaydaları sərtləşdirir: qeyri-qanuni miqrantlar girov hüququndan məhrum edilir

Sadə xəbər
DÜNYA 15.07.2025 3285

ABŞ-də saxlanılan qeyri-qanuni miqrantlar artıq deportasiya müddətində zaminə buraxılmaq üçün məhkəmə dinləməsi tələb edə bilməyəcəklər.

Saat24.az xəbər verir ki, bu barədə "The Washington Post" İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) daxili göstərişinə istinadla məlumat yayıb.

Yeni qaydalara əsasən, qanun bütün qeyri-qanuni miqrantlara şamil olunacaq və məhkəmələr zaminlik dinləmələri keçirməyəcək. İstisna hallarda azad olunma qərarını ICE əməkdaşı verəcək. Deportasiya prosesi isə illərlə uzana bilər.

Hazırda ICE gündəlik 56 min miqrant saxlayır və 200-dən çox mərkəzi idarə edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top