Dağıstanda sudan zəhərlənənlərin sayı 300-ü keçib

Sadə xəbər
DÜNYA 10.07.2025 2786

Dağıstanın Məhərrəmkənd rayonunun beş kəndində kəskin bağırsaq infeksiyasının yayılması nəticəsində zərər çəkənlərin sayı 302 nəfərə çatıb, onlardan 294-ü uşaqdır.

Saat24.Az xəbər verir ki, bu barədə cümə axşamı Dağıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəstələrin tədricən sağaldığı, onlardan üçünün artıq xəstəxanadan buraxıldığı qeyd edilir. Hazırda xəstəxanada 93 nəfərin müalicəsi davam etdirilir.

Bundan əvvəl bildirilmişdi ki, "Rospotrebnadzor" əməkdaşları iyulun 7-də Məhərrəmkənd rayonunun beş kəndində kəskin bağırsaq infeksiyasına çox sayda yoluxma halı barədə daxil olmuş məlumatla bağlı araşdırma aparırlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top