Rusiya ordusu İran dronları ilə Ukrayna şəhərlərinə hücum edib

Sadə xəbər
DÜNYA 07.07.2025 2581

Rusiya ordusu Ukraynanın şərqində hərbi əməliyyatları intensivləşdirib. Ən şiddətli döyüşlər Pokrovsk şəhəri ətrafında müşahidə olunub.

 

Saat24.Az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Xarkov meri İqor Terexov bildirib ki, şəhərə edilən hücumlar nəticəsində azı 29 nəfər xəsarət alıb. Uşaq bağçası, bir neçə yaşayış binası və ticarət mərkəzinə ziyan dəyib.

Odessada da bir neçə yanğın baş verib. Ukraynanın Fövqəladə Hallar Xidməti bir nəfərin öldüyünü bildirir.

Ukrayna xilasetmə xidmətləri, həmçinin Sumı vilayətinin Bititsa kəndində iki nəfərin öldüyünü, 20-dən çox binanın dağıldığını bildirib.

Bundan əlavə, Rusiya ordusu Zaporojyedə "Shahed" dronlarından istifadə edərək yaşayış binalarına, universitetə və müəssisələrə zərbələr endirib. İlkin məlumatlara görə, şəhərə hücum zamanı azı 10 nəfər xəsarət alıb.

 

 


Rusiya-Ukrayna münaqişəsi
Ukrayna
Rusiya Federasiyası

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top