🌿 Günəşli Nevroloji Sanatoriyası – Şəfa Tapdığım Ünvan 🌿

Sadə xəbər
CƏMİYYƏT 04.07.2025 6335

 Saat24.Az saytının baş redaktoru Coşqun Abdullayevin təəssüratları

İllərdir müalicə üçün müraciət etdiyim və hər dəfə razılıqla ayrıldığım bir yer var – Günəşli Nevroloji Sanatoriyası. Bu il də yenidən ora üz tutdum. Əvvəlki illərlə müqayisədə hər şey daha yüksək səviyyədə idi:
✅ Təmizlik
✅ Qayğıkeş münasibət
✅ Peşəkar həkim heyəti
✅ Nizam və mədəni mühit

Müalicəmi bu dəfə hörmətli nevroloq Qumru Allahverdiyeva həyata keçirdi. Açıq deyim, Qumru xanım məni heyran etdi. Gənc yaşda olmasına baxmayaraq, həm savadı, həm diqqəti, həm də səmimiyyəti ilə nümunəvi bir həkim obrazıdır.


---

 Həkimlik sadəcə peşə deyil, vicdan işidir
Hər kəs tibb universitetini bitirib diplom ala bilər. Amma vicdanlı, mərhəmətli və insanpərvər həkim olmaq hər kəsə nəsib olmur. Qumru xanım bu xüsusiyyətlərin hər birinə sahibdir.

Bir xəstə mənə yaxınlaşıb hansı həkimə getdiyimi soruşdu. Dedim, Qumru Allahverdiyevaya. O da gedib müraciət etdi. Bir neçə saat sonra onun reaksiyasını dinləyəndə özümdə qürur hiss etdim:

 “Coşqun qardaş, buranın təmizliyi, sakitliyi, xidmət səviyyəsi adamı valeh edir. Qumru xanım isə təkcə həkim deyil, sanki bir ailə üzvü kimi qayğı göstərir. Mənim vəziyyətimi incəliklə müayinə etdi, sonra dedi: ‘25 dəqiqəyə təkrar gəl, səni bir də yoxlamalıyam.’ Dönəndə növbə çox idi, amma o məni özü çağırdı və digər xəstələrə dedi ki, ‘bu xəstəyə təkrar baxmalıyam.’ Belə diqqət, belə vicdan! Allah belə həkimlərimizin sayını artırsın!”

Həqiqətən də, insan Qumru xanımın kabinetindən təkcə müalicə olunmuş deyil, eyni zamanda mənəvi dəstək almış kimi çıxır. Allah onu qorusun.


---

Sanatoriyada unudulmaz bir görüş…

Sanatoriyanın həyətində yaşlı bir ağsaqqalla söhbət edirdim. Soruşdu: – Oğlum, jurnalistsən?
– Bəli, dedim.
Dedi: – Səndən bir xahişim var. Burada mühafizəçi işləyən Vüsalə adında bir xanım var. Sənin vasitənlə ona təşəkkürümü çatdırmaq istəyirəm.

💬 “Ay bala, bu qız bura gələndən yaşlı insanlara analıq qayğısı göstərir. Birinin qolundan tutur, digərini müalicəyə aparır. Tək mənə yox, hamıya eyni səmimiyyətlə yanaşır. Elə bil doğma qızımızdır... Mən ona dedim ki, Allah səni qorusun, sənə necə minnətdarlıq edim?”

Vüsalə xanım isə cavab verdi:
“Baba, bu bizim borcumuzdur. Biz rəhbərliyimizin tapşırığını yerinə yetiririk. Vəzifə borcumuzdur.”

Bu sözlər məni çox duyğulandırdı. Çünki bu cavab təkcə rəsmi bir cavab deyildi – içində tərbiyə, mədəniyyət və əxlaq gizlənmişdi.


---

Qidalanma yüksək səviyyədədir

Sanatoriyada səhər, günorta və axşam yeməkləri vaxtında, gigiyenik və sağlam şəkildə təqdim olunur. Menyular müxtəlif, ləzzətli və doyumludur. Qidalanma sadəcə yemək deyil, qayğı və diqqətin göstəricisidir.


---

Sonda...
Günəşli Nevroloji Sanatoriyasında müalicə alan bütün xəstələr adından və şəxsən öz adımdan:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova,
Sanatoriyanın baş həkimi cənab Vüqar Məhərrəmova

səmimi təşəkkürümü bildirirəm. Bu şəfa və qayğı dolu mühiti yaratdıqları üçün minnətdarıq!

Allah hər bir şəfa axtaran insana belə şəraitlərdə müalicə olmağı nəsib etsin. Günəşli Nevroloji Sanatoriyası kimi ünvanlar çoxalsın! Amin! 🙏
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top