İyulun 1-də Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimində iştirak etdim.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd etdi ki, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu gün iki ölkənin liderləri - Prezidentlər cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlərimiz hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələrimiz arasında da əlaqələr daha da dərinləşib.
Daha sonra Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumu öz işini İqtisadi tərəqqiyə parlament dəstəyi, Əqli kapital və rəqəmsal transformasiya, Mədəniyyət, turizm və səhiyyə sahəsində parlamentlərarası əməkdaşlıq, Ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin rolu mövzularında panel müzakirələri keçirildi.
Moderator olduğum “Yaşıl Gələcək: Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliklərində Parlamentlərin Rolu” mövzusunda keçirilən panel müzakirəsində çıxış edərək qeyd etdim ki, Azərbaycan və Özbəkistanı sıx dostluq əlaqələri, ortaq tarixi-mədəni irs və ən əsası davamlı və ekoloji cəhətdən təhlükəsiz gələcək üçün ümumi arzu birləşdirir. Hazırda ekoloji problemlər getdikcə hiss olunur: qlobal istiləşmənin, səhralaşmanın, su və hava ehtiyatlarının çirklənməsinin nəticələri artır. Bu proseslər təkcə ətraf mühitə deyil, həm də iqtisadiyyata, səhiyyəyə, ərzaq məhsullarına və sosial sabitliyə təsir göstərir. Ona görə də qanunverici orqanın fəal iştirakı olmadan davamlı inkişaf artıq mümkün deyil. Yaşıl gündəm çərçivəsində parlamentlərin qarşılıqlı fəaliyyətini gücləndirmək vacibdir. Bizim vəzifəmiz təkcə ekoloji təhdidlərə cavab vermək deyil, çevik və effektiv qanunvericilik mexanizmləri yaratmaqla onları qabaqlamaqdır.
Bu gün iki qardaş ölkənin - Azərbaycan və Özbəkistanın parlamentlərinin nümayəndələri müzakirə üçün buraya toplaşıblar və mən əminəm ki, bu dialoq daha təmiz, təhlükəsiz və davamlı gələcəyə doğru daha bir addım olacaq.
Saat24.Az