
Yekaterinburqda amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşləri ekspertizadan keçirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.
Saat24.Az xəbər verir ki, nəşlər ekspertizaya təhvil verilib.

Yekaterinburq şəhərində OMON-çuların hücumu zamanı amansızcasına qətlə yetirilən azərbaycanlı Hüseyn və Ziyəddin Səfərovların nəşləri Heydər Əliyev Beynəlxalq Hava Limanından xüsusi avtomobillərlə Respublika Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə müayinə üçün yola salınıb.
Saat24.Az-ın məlumatına görə, cənazələr ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil veriləcək.

Daha çox foto burada: PhotoStock.az
Yekaterinburq şəhərində OMON-çuların hücumu zamanı amansızcasına qətlə yetirilən azərbaycanlı Hüseyn və Ziyəddin Səfərovların nəşləri Azərbaycana gətirilib.
Saat24.Az xəbər verir ki, təyyarə Bakıya enib.
Qətlə yetirilənlərin ailələri nəşləri təhvil almaq üçün hava limanına gəliblər.
Samir Əli
17:29
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana yola salınıb.
Saat24.Az APA-ya istinadən xəbər verir ki, cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Koltsevo hava limanının yük terminalına çatdırılıb.
Daha sonra mərhumların ailə üzvlərinin müşayiəti ilə Ural hava yollarına məxsus təyyarə ilə Bakıya yola salınıb. Təyyarənin Bakıya yerli vaxtla 20:25-də çatacağı gözlənilir.

Yekaterinburqda OMON-çuların hücumu zamanı amansızlıqla qətlə yetirilən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları Ağcabədi rayonunda dəfn olunmasını vəsiyyət ediblərmiş.
Bunu Saat24.Az-a qətlə yetirilən şəxslərin qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli deyib. O bildirib ki, ilk olaraq cənazələrin azad olunmuş ərazidə dəfn ediləcəyi qərara alınsa da, sonra qərar dəyişilib: "Məlum oldu ki, qardaşlarımdan biri sağ ikən Ağcabədi rayonunda, ata və anamın yanında dəfn edilməsini vəsiyyət edibmiş. Ona görə də belə qərara gəldik ki, onları Ağcabədidə dəfn edək".
S.Hüseynli bildirib ki, cənazələr bu gün axşam saatlarında Bakıya gətiriləcək və Ağcabədi rayonuna aparılacaq.

Samir Əli
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələri hava limanının yük terminalına təhvil verilib.
Saat24.Az APA-ya istinadən xəbər verir ki, cənazələr morqdan götürülərək Azərbaycana göndərilməsi üçün Yekaterinburqun Koltsevo hava limanının yük terminalına çatdırılıb.
Cənazələr Ural hava yollarına məxsus təyyarə ilə yerli vaxtla saat 18:15-də göndəriləcək. Reysin Bakıya 20:25-də çatacağı gözlənilir.
"Azərbaycanda meyitlərə yenidən tibbi ekspertiza keçiriləcək. Ekspertiza ya bu gün, ya da sabah olacaq, dəqiq deyil".
Saat24.Az xəbər verir ki, bu barədə APA-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli məlumat verib.
O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin müşayiəti ilə cənazələr bu gün 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq, sabah səhər saatlarında isə Ağcabədiyə yola salınacaq:
"Qardaşlarım Ağcabədidə "Dörd yol" deyilən qəbiristanlıqda atamın, anamın yanında dəfn ediləcəklər. Onlarla vida mərasimi də Ağcabədidə olacaq", - S.Hüseynli əlavə edib.
Yekaterinburqda iyunun 27-də OMON-un hücumu nəticəsində qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi ailə üzvlərinə təhvil verilib.
Saat24.Az bu barədə "Report"a istinadən xəbər verir.
Onların nəşi Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqunda saxlanılırdı.
Meyitlərin Bakı vaxtı ilə saat 20:30-da Azərbaycana gətirilməsi gözlənilir.
Yekaterinburqda iyunun 27-də vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı Ziyəddin və Hüseyn Səfərovların cənazələrinin təhvil verilməsi prosesinə başlanılıb.
Saat24.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan almasını həyata keçirir.
Hazırda cənazələrin təhvil alınması üçün sənədləşmə işləri aparılır.
"Yekaterinburqda qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşləri bu gün Azərbaycana gətiriləcək".
Saat24.Az xəbər verir ki, bu barədə "Report"a onların qardaşı Seyfəddin Hüseynli məlumat verib.
Onun sözlərinə görə, təyyarənin bu gün saat 19:30-da Bakıya çatması gözlənilir.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.