
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi qəfil dünyasını dəyişib.
Saat24.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
İdarənin əməkdaşı, 1975-ci il təvəllüdlü Şahin Talıbov küçədə iş görərkən səhhəti qəfil pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
Ş.Talıbov adıçəkilən qurumda fəhlə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.