Ucarda QƏZA: Xəsarət alanlar var

Sadə xəbər
HADİSƏ 01.06.2025 3354
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
 
Saat24.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Hərəkətdə olan " Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə, 1977- ci il təvəllüdlü Səyyub Rəşid oğlu Allahverdiyev, 1967- ci il təvəllüdlü Aygün İdris qızı Məmmədova, 1964-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Məmmədov, 1988-cü il təvəllüdlü Fərəhxanım Vüqar qızı Hüseynova və 1983-cü il təvəllüdlü Tural Mahir oğlu Hüseynov aldıqları müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Vəziyyətləri nisbətən ağır olan S.Allahverdiyev və T.Hüseynov Göyçay xəstəxanasına aparılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top