
Sumqayıtda yük avtomobilinin vurduğu piyada ölüb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi "İsuzu" markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red.) vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.