Güney Azərbaycanlı qadın müğənni kəşfiyyat idarəsinə çağırıldı: Saxlanma səbəbi və yeri məlum deyil

Sadə xəbər
DÜNYA 07.08.2025 3183

Güney Azərbaycandan olan qadın müğənni Aqşin Emami avqustun 6-da səhər saatlarında çağırış əsasında Təbrizdəki Kəşfiyyat İdarəsinə (ETTELAAT) gedib. O vaxtdan bəri onun haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Müğənninin ailəsinə yaxın mənbə bildirib ki, Emami saxlanılmış ola bilər.

Məlumata görə, onun "İnstagram" səhifəsindəki bütün paylaşımlar silinib, istifadəçi adı və profil şəkli isə təhlükəsizlik orqanları əməkdaşları tərəfindən dəyişdirilib.

Müğənninin saxlanma səbəbləri, yeri və ehtimal olunan ittihamlar barədə hələlik dəqiq məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl təhlükəsizlik işçiləri məhkəmə qərarı təqdim etmədən Emaminin evinə gələrək axtarış aparıblar, bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top