Portuqaliyalı keçmiş futbolçu Jorje Koşta vəfat edib

Sadə xəbər
idman 05.08.2025 2999

Portuqaliyanın "Portu" klubunda çıxış etmiş sabiq futbolçu və məşqçi Jorje Koşta 53 yaşında vəfat edib.

Saat24.Az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

İdmançının 53 yaşında Portu şəhərində ürək xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Jorje Koşta futbolçu karyerasının böyük hissəsini 1990-2005-ci illərdə oynadığı "Portu"da keçirib. O, əsas komandada 324 oyuna çıxıb, 20 qol vurub və 5 məhsuldar ötürmə edib. Komandanın tərkibində səkkiz dəfə Portuqaliya çempionu, beş dəfə ölkə kubokunun qalibi olub. 2003-cü ildə "Portu" ilə birlikdə Koşta UEFA Kubokunu qazanıb, 2004-cü ildə isə Çempionlar Liqasının qalibi olub.

2024-cü ilin iyunundan o, "Portu"da futbol direktoru vəzifəsində işləyirdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top