Serbiyada 27 yaşlı Lənkəran sakini faciəli şəkildə öldü

Sadə xəbər
HADİSƏ 02.08.2025 2476
Lənkəran rayon sakini Serbiyada faciəli şəkildə ölüb.
 
Saat24.Az xəbər verir ki, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov çoxmərtəbəli binanın yeddinci mərtəbəsindən yıxılıb.
 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib. O, dörd gün komada qalıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
 
Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı gözlənilir. Mərhum işləmək üçün Serbiya Respublikasına gedibmiş.
 
Qeyd edək ki, o, idmanın ağır atletika (bodibildinq) növü ilə məşğul idi.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top