Qaxda ağır QƏZA: Xəsarət alanlar var

Sadə xəbər
HADİSƏ 08.06.2025 3216

Bu gün Qax rayonunun Güllük kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə saat 11:00-da qeydə alınıb.

VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "Hyundai", daha sonra isə "Honda" markalı avtomobilə çırpılıb.

Nəticədə VAZ-2106-nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də "Honda"da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Əzizə İsmayılova

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top