Sumqayıtda emalatxanada partlayış olub - Fəhlə xəsarət alıb

Sadə xəbər
HADİSƏ 08.05.2025 3389

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində emalatxanada fəhlə işləyən, 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top