Qəbələdə avtomobil idarəetmədən çıxaraq mağazaya ÇIRPILDI - Bir nəfər xəsarət ALDI

Sadə xəbər
GÜNDƏM 08.08.2025 3002

Qəbələdə avtomobil marketə çırpılıb.

Bu barədə Saat24.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis zabiti Sadıx Axundov bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

"Avqustun 7-də, təxminən saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki rayonun Qəbələdən keçən hissəsində, yolun 56-cı kilometrində sürücü 1938-ci il təvəllüdlü Qəbələ rayonu, Vəndam qəsəbə sakini Dədəbəy Hacıbaba oğlu Abdulalıyev idarə etdiyi 10-VC-303 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobillə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən sola dönmə manevri edən zaman idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında olan mağazaya çırpılıb.

Hadisə nəticəsində mağazada olan müştəri 1965-ci il təvəllüdlü Qəbələ rayonu, Vəndam qəsəbə sakini Qorxmaz Mirhüseyn oğlu Ələsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib", - deyə o qeyd edib.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top