
İranda bu gün səhər saatlarında Tehran-Kerman sərnişin qatarı Zərənd şəhəri yaxınlığında relsdən çıxaraq aşıb.
"Azad İran" "Telegram" kanalı "Mehr News"a istinadən xəbər verir ki, İran Qızıl Aypara Təşkilatının rəhbəri Babək Mahmudi qəza nəticəsində 30 nəfərin yaralandığını bildirib.
Zərənd şəhərinin başçısı Seyid Rza Hüseyni Nejadın sözlərinə görə, digər sərnişinlər avtobuslarla yola davam ediblər.
Məlumata görə, qatarda 450 sərnişin olub.